Minik maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alan var

İsmayıllı rayonu, Qusencə kəndində yol-nəqliyyat hadisəsinin baş verib.

Minik maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alan var
İsmayıllı rayonu, Qusencə kəndində yol-nəqliyyat hadisəsinin baş verib.

meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobili və "Ford" markalı mikroavtobus toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.