Mirzoyan Araqçı ilə telefonla danışdı

Ermənistan və İranın XİN rəhbərləri Ararat Mirzoyanla Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.

Mirzoyan Araqçı ilə telefonla danışdı
Ermənistan və İranın XİN rəhbərləri Ararat Mirzoyanla Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb. 

Tərəflər söhbət zamanı iki ölkə arasındakı münasibətlərdə gündəlikdə olan məsələləri müzakirə edib.

Xatırladaq ki, avqustun 18-də İran parlamenti Araqçını xarici işlər naziri olaraq təsdiq edib. O, İranda prezident seçkilərindən sonra yeni Nazirlər Kabinetinin tərkibinə daxil olub. Bu təyinatdan əvvəl XİN rəhbərinin müavini olub, 2015-ci ildə Qərb ölkələri ilə nüvə sazişinin bağlanmasında əhəmiyyətli rol oynayıb.