Mirzoyan hindistanlı həmkarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində hindistanlı həmkarı Subramanyam Caişankarla görüşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Həmsöhbətlər ikitərəfli tərəfdaşlığın gündəliyində duran məsələləri müzakirə ediblər. Yüksək səviyyəli siyasi dialoq, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın birgə dərinləşdirilməsinə hazır olması məmnunluqla qeyd olunub", - deyə məlumatda bildirilir.