Mirzoyan və KTMT rəhbəri Cənubi Qafqazı müzakirə etdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov İrəvanda Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov regiondakı vəziyyət, nəqliyyat və iqtisadi əlaqələrin inkişafına yönəlmiş layihələr barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, KTMT baş katibi hazırda İrəvanda səfərdədir.