Mirzoyanın baldızı Ermənistanda xarici şirkətin direktoru oldu
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın baldızı ölkədəki böyük xarici şirkətin direktoru olub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.
Bildirilib ki, Ermənistanda yerləşən "Vorotan Kaskad SES"in yeni sahibi ABŞ-nin "KKR" investisiya fondu olub. Fond "Vorotan Kaskad SES"i əldə etdikdən sonra şirkətin direktoru dəyişib. Belə ki, "Vorotan Kaskad SES"in yeni direktoru Ararat Mirzoyanın baldızı Alvina Abacyan olub.
Qeyd olunub ki, Abacyan şirkətdə 2019-cu ildən baş maliyyə direktoru vəzifəsində çalışıb. Bundan əvvəl digər şirkətlərdə maliyyəçi auditor olaraq işləyib.