Missiyamız seçki prosessinin yaxşı təşkil edildiyini müşahidə etdi - Osman Məstan
Azərbaycanda seçkilər konsitutisiyaya uyğun aparıldı.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Türk Parlamentləri Assambleyasının (TÜRKPA) Beynəlxalq Münasibətlər və hüquq komissiyasının sədri Osman Məstan Azərbaycanda keçirilən növnədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
"Hər bir namizədə bərabər şərait yaradıldı. Azərbaycanda ərazi bütövlüyünün, suverenliyin bərpasından sonra seçki keçirilməsi tarix hadisədir. Biz həmçinin o ərazilərdə Şuşada, Xankəndidə müşahidələr apardıq. Seçki prosessi çox şəffaf həyata keçirildi. Nəticələrlə bağlı xalq məlumatlandırıldı. Missiyamız seçki prosessinin yaxşı təşkil edildiyini müşahidə etdi. Burada beynəlxalq müşahidəçilər üçün hər bir şərait yaradıldı.
Bu seçki prosessinin beynəlxalq hüquqa, qanuna uyğun həyata keçirildiyini qərarınl verdik",- deyə o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.