MN: “Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb - FOTOlar

Azərbaycan Ordusunun Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində iştirak edən şəxsi heyəti, hərbi gəmiləri və aviasiya vasitələri Bakıya qayıdıb.

meqale.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin 3 gözətçi və 2 desant gəmisi yüksək səviyyədə təmsil edib.