Mobil oyun məktəblini "dəli" etdi

Rusiyanın Tümen vilayətindən olan bir məktəbli yeni "Hamster Kombat" oyunu ilə maraqlandıqdan sonra psixiatrların köməyinə ehtiyac duyub.

Mobil oyun məktəblini
Rusiyanın Tümen vilayətindən olan bir məktəbli yeni "Hamster Kombat" oyunu ilə maraqlandıqdan sonra psixiatrların köməyinə ehtiyac duyub.

meqale.com oxuya istinadən bildirir ki, 14 yaşlı yeniyetmə oyunda maksimum xal toplamaq üçün hər üç saatdan bir həyəcan siqnalını quraşdırıb. Bu isə onun yuxu rejiminin pozulmasına səbəb olub.

Uzun müddət davam edən yuxusuzluq nəticəsində səkkizinci sinif şagirdində hallüsinasiya ilə müşayiət edilən psixotik vəziyyət yaranıb.

O, hazırda xəstəxanadadır, vəziyyəti stabil qiymətləndirilir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun