"Molokan" bağının ətrafının hasarlanma səbəbi açıqlandı
Paytaxtın Xəqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən "Xəqani" parkının (keçmiş "Molokan" bağı) Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilə dəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Trend-in sorğusuna cavab verən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə aydınlıq gətirib.