Morata "Qalatasaray"a bu şərtlərlə gəlib
İspanyalı ulduz Alvaro Moratanın "Qalatasaray"a keçidinin detalları məlum olub.
meqale.com xəbər verir ki, 2025-2026-cı il mövsümünün ikinci yarısına qədər həm Morataya, həm də onun klubuna 6 milyon avro ödəniləcək.
"2 fevral 2025-ci il və 20 yanvar 2026-cı il tarixləri arasında peşəkar futbolçu Alvaro Borja Morata Martinin müvəqqəti transferi üçün AC Milan SPA Club ilə razılıq əldə olunub. Müvafiq olaraq, AC Milan SPA Club-a cəmi 6.000.000 avro müvəqqəti transfer haqqı ödəniləcək. Futbolçuya 2024-2025 mövsümünün ikinci yarısı üçün 3 000 000, 2025-2026 mövsümünün ilk yarısı üçün isə 3 000 000 avro zəmanətli qonorar ödəniləcək.