Moris Ravelin 150 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində görkəmli bəstəkar Moris Ravelin 150 illiyinə həsr olunmuş konsert keçirilib.
Dirijor Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin müşayiəti ilə solistlər - Selcan Fermor-Hesket (soprano) və Yuri Sayutkin (piano) dinləyicilər qarşısında çıxış edib.
Proqramda M.Ravelin " Şəhrizad" vokal silsiləsi, "Vals" xoreoqrafik poeması, piano və orkestr üçün 2 saylı sol əl konserti D-dur və 2 saylı "Dafnis və Xloya" süitası səslənib.