Moskva Dövlət Universitetinin Bakı filialı daha bir vakansiya elan edib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edib.

Moskva Dövlət Universitetinin Bakı filialı daha bir vakansiya elan edib
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edib.

meqale.com vakansiyanı təqdim edir:

XƏZİNƏDAR

İş barədə məlumat:

• pul vəsaitlərinin qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir;

• əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya əsasən dövlət bank idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır;

• mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00 • Servislə təmin olunur. • Əmək haqqı müsahibə əsasında təyin olunacaq. • Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Ali (iqtisadiyyat sahəsi) • Təcrübə: Minimum 3 il təcrübə • Yaş : 25 - 45 • Proqramlar: 1 C və MS Office • Dil biliyi : azərbaycan dili və rus dili biliyi vacibdir. • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 10.07.2023-cü il tarixinədək göndərə bilərsiniz.