Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO
Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.

meqale.com xəbər verir ki, Moskvada ibadət evlərinə və yataqxanalara edilən basqınlardan sonra 500-dən çox miqrant saxlanılıb

"Yataqxanalar və ibadət evləri yoxlanılıb", - İstintaq Komitəsinin Moskva idarəsindən bildirilib. "500-dən çox xarici vətəndaş müəyyən edilərək hüquq-mühafizə orqanlarına aparılıb".

Yoxlama nəticəsində miqrasiya qanunvericiliyini pozduqlarına görə "30-dan çox xarici vətəndaş ölkədən çıxarılaraq inzibati məsuliyyətə cəlb edilib". Hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışa verilmiş şəxsi də tapıblar.