Moskvada partlayış: Yaralılar var

Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində avtomobildə baş vermiş insidentdən sonra qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Moskvada partlayış: Yaralılar var
Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində avtomobildə baş vermiş insidentdən sonra qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Partlayıcı qurğunun avtomobilin altına qoyulduğu bildirilir.

Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin olunacaq.