Moskvaya növbəti dəfə PUA hücumu oldu
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
meqale.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Moskva istiqamətində uçan iki pilotsuz uçuş aparatı vurulub.
Mer dronların vurulduğu rayonlarda təcili yardım xidmətlərinin çalışdığını söyləyib.
PUA hücumu ilə əlaqədar Moskvanın Jukovski hava limanı bağlanıb.