Mourinyo 6 kubok qazandığı kluba qayıda bilər!
"Roma"dan qovulan Joze Mourinyo klub axtarışındadır.
meqale.com Offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin karyerasını vətənində davam etdirməsi ehtimalı var. Belə ki, "Portu" klubunun yeni prezidenti Andreas Villas-Boas seçilsə, o, 60 yaşlı baş məşqçini kluba qaytara bilər.
Joze Mourinyo 2002-2004 illərdə çalışdırdığı "Portu" ilə Çempionlar Liqası, UEFA Kuboku, 2 dəfə Portuqaliya Liqası, Portuqaliya Kuboku və Portuqaliya Super Kubokunu qazanıb.