Mourinyo ayrılıqdan sonra ilk dəfə danışdı
Fenerbahçe ilə yollarını ayıran portuqaliyalı məşqçi Jose Mourinyo ölkəsinə - Portuqaliyaya qayıdıb və ayrılıqdan sonra ilk dəfə açıqlama verib.
Hava limanında jurnalistlərin suallarını cavablandıran Mourinyo, əvvəlcə şəxsi planları barədə danışaraq: "Evə gedib Sporting-Porto oyununa baxacağam və ailəmlə birlikdə axşam yeməyi yeyəcəyəm. Mənim oyunöncəsi mətbuat konfransımı görmüsünüz?" - deyə bildirib.
Portuqaliyalı jurnalistin "Belə bir qərarı gözləyirdinizmi? Yaxud transferlə bağlı açıqlamalarınız bu qərara təsir etdimi?" sualına isə məşqçi qısa cavab verib: "Bunun haqqında danışmaq istəmirəm. Mən belə adamam; bitdisə, bitdi."