MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb

Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb
Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.

MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun