Mübahisənin ACI SONU - Bıçağı dostunun sinəsinə sancdı - Biləsuvarda CİNAYƏT
Biləsuvarda dostlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
meqale.com report-a istinadən xəbər verir ki, rayon sakini, S.Buludlu döş qəfəsindən bıçaqlanıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bıçaq onun ağciyərini kəsdiyi üçün cərrahi əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.