Mübariz Hacıbəyovə vəzifə verildi
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinə müdir təyin olunub.
meqale.com oxuya istinadən xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Mübariz Qafarşah oğlu Hacıbəyov bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, M.Hacıbəyov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2005-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.