Müəllimin döydüyü iddia edilən məktəbli travma alıb - Araşdırma aparılır

Yardımlı rayonunun Haramkənd kəndində 5-ci sinif şagirdin müəllim tərəfindən döyüldüyü iddia olunur. 

Müəllimin döydüyü iddia edilən məktəbli travma alıb - Araşdırma aparılır
Yardımlı rayonunun Haramkənd kəndində 5-ci sinif şagirdin müəllim tərəfindən döyüldüyü iddia olunur. 

meqale.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılıb. 

Şagirdin valideyninin sözlərinə görə, övladı bu hadisədən sonra travma alıb. 

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirildi ki, sözügedən iddia ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.