Müğənni evində işləyən ustaları döyüb xəstəxanalıq etdi
Müğənni Ferman Toprakla bağlı yeni iddia ortaya atılıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, sənətçinin evində çalışanlar ifaçının onları döydüyünü deyib. Toprakın Beykoz səmtindəki 5 mərtəbəli villasının təmiri üçün 1,5 milyon lirə qarşılığında ustalarla razılıq əldə edib.
Bir müddət sonra pulun çox olduğunu deyən Toprak işçilərə 800 min lirə ödəyəcəyini deyib. Mübahisə zamanı ifaçı və yanındakılar. işçiləri döyüb. Onlar açıqlamada "Canımızı zorla qurtardıq" deyiblər.
Müğənni polis tərəfindən nəzarətə alınıb. İşçilər isə xəstəxanaya yerləşdiriliblər. 'Hayatı Tespih Yapmışım' adlı mahnı ilə məşhurlaşan Fermanın onları silahla hədələdiyi də bildirilib.