Müğənni toyda səhnədə ÖLDÜ - FOTO

Bursanın Gemlik rayonunda qohumunun toy mərasimində mahnı oxuyan 47 yaşlı sənətçi Yüksel Kader səhnədə infarkt keçirib.

Müğənni toyda səhnədə ÖLDÜ - FOTO
Bursanın Gemlik rayonunda qohumunun toy mərasimində mahnı oxuyan 47 yaşlı sənətçi Yüksel Kader səhnədə infarkt keçirib.

meqale.com xəbər verir ki, səhnədə huşunu itirən sənətçiyə ilk yardımı toydakı qonaqlar göstərib.

Daha sonra hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları tərəfindən Kader Gemlik Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, 47 yaşlı Yüksel Kaderin həyatını xilas etmək mümkün olmayıb.