"Müharibədən sonra yüzlərlə azərbaycanlı mina qurbanı olub"

Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır.

Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır.

meqale.com xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda oktyabrın 4-də parlamentdə keçirilən ictimai dinləmə zamanı səsləndirib.

O bildirib ki, müharibədən sonra yüzlərlə azərbaycanlı mina partlayışının qurbanı olub. Təkcə son 3 ildə 65 mülki insan həyatını itirib: "Mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneçilik törədir. Mina təhlükəsi nəticəsində nəinki insanlar həyatını itirir, bu təhlükə həm də torpağa, onun münbitliyinə mənfi təsir edir".