Münhen Təhlükəsizlik Konfransının açılışı oldu
Almaniyada dünyanın aparıcı siyasi və hərbi xadimlərini bir araya gətirən 60-cı Münhen Təhlükəsizlik Konfransının açılışı baş tutub.
meqale.com konfransın rəsmi saytına istinadən bildirir ki, toplantının iki əsas mövzusu Şərqi Avropa və Yaxın Şərqdəki vəziyyətdir.
Tədbir çərçivəsində dövlət və hökumət başçılarının ikitərəfli görüşləri gözlənilir.
Konfransda, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir.