Murat Yakın: Məğlub olmadığımız üçün şadam
Məğlub olmadığımız üçün şadam.
meqale.com report.az-a istinadən xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.
Türkiyə əsilli mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə danışıb.
"Məğlub olmadığımız üçün şadam. Almaniya kimi rəqibə qarşı layiqli mürbarizə apardıq. Qrupu birinci sırada başa vurmaq üçün əlimizdən gələni etdik, təəssüf ki, olmadı. Lakin 1/8 finala vəsiqə qazandıq, bunun üçün sevinirik. Növbəti oyuna hazırlaşacağıq, 1 həftə vaxtımız var" -, deyə o, bildirib.
Qeyd edək ki, İsveçrə yığması 1/8 finalda B qrupunun ikincisi ilə üz-üzə gələcək.