Müsəlmanlar Salaha hücum etdilər: Unutma ki... - FOTOlar

"Liverpul"un hücumçusu Məhəmməd Salah futbol azarkeşlərini növbəti dəfə Milad bayramı münasibətilə təbrik edib. Misilir vinger təbrik müraciətində İsrail-Fələstin münaqişəsinə də toxunub.

meqale.com publika.az-a istinadən xəbər verir ki, "Milad ailələrin bir araya gələrək bayramı qeyd etdiyi gündür. Yaxın Şərqdə davam edən amansız müharibə, xüsusilə də Qəzzada ölüm və dağıntılara görə bu il Milad bayramını çox ağrılı bir ürəklə qarşılayırıq və yaxınlarını itirməkdən kədərlənən ailələrin ağrısını paylaşırıq. Xahiş edirəm, onları unutmayın. Milad bayramınız mübarək", - Salah sosial şəbəkədə yazıb.

O, şam ağacının ağ-qara şəklini posta əlavə edib.

Müsəlman futbolçunun bu addımı onunla eyni dindən olan fanatlarının xoşuna gəlməyib. Şərhlərdə ondan hansı dinə bağlı olduğunu unutmaması istənilib. Salahı xristianların Milad bayramını təbrik etdiyi üçün tənqid atəşinə tutublar.

Müsəlman dünyasının ən məşhur futbolçusunun Milad təbriki artıq ənənəvi hal alıb. O, əvvəlki illərdə də şam ağacı önündə ailəsiylə fotosunu paylaşıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun