Müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi göstərirlər - Jan Mişel Brün
Müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi göstərirlər.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brün "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
"Azərbaycanın İkinci Qarabağ Müharibəsini müsəlman-xristian müharibəsi kimi qələmə verdilər. Bu, çox böyük bir səhvdir. Azərbaycan dünyəvi dövlətdir. Dinlər arasında fərq qoymur", - deyə o bildirib.