Musleradan "Qalatasaray"lılara pis xəbər - FOTO

Ötən gecə Türkiyə Super Liqası çərçivəsində baş tutan "Qalatasaray" "Kasımpaşa" matçında zədələnən Musleranın qolu çıxıb.

Musleradan
Ötən gecə Türkiyə Super Liqası çərçivəsində baş tutan "Qalatasaray" "Kasımpaşa" matçında zədələnən Musleranın qolu çıxıb.

meqale.com baku.ws-ə istinadən bildirir ki, bu barədə klubun həkimi Yener İncə danışıb.

O, bildirib ki, zərbədən Musleranın dirsəyində çıxıq olub. Meydançada yerinə salıblar:

"Bəzən yerinə oturtmaq uyğun gəlir, bəzən kiçik bir qırıq olsa, zədə uzanar. Sabah çəkəcəyimiz MRT-də dislokasiyanı müşayiət edən başqa bir vəziyyətin olub-olmadığını öyrənəcəyik".

Musleranın noyabrın 8-də keçiriləcək "Bayern Münhen" matçında meydana çıxıb-çıxmayacağı hələ də bəlli deyil.