"N" hərbi hissəsində hərbi qulluqçularla görüş keçirildi
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri "N" hərbi hissəsində olub, hərbi qulluqçu və mülki işçilərlə görüş keçiriblər.
Müdafiə Nazirliyindən meqale.com-a bildirilib ki, görüş çərçivəsində Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, onların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə maarifləndirici söhbətlər aparılıb.
Həmçinin, hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.