"Namizədlərin qeydə alınması prosesinə başlayacağıq"
Növbədənkənar prezident seçkilərində namizədlərin qeydə alınması üçün prosesə başlayacağıq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, namizədlərə lazım olan sənədlər hazırdır.
"Sənədlər təqdim ediləndən ən azı 7 gün ərzində namizədliyin qeydə alınması üçün sənədlərə baxıb qərar verəcəyik", - deyə o əlavə edib.