Narın çürük olduğunu baxan kimi anlamağın 4 yolu
Nar alarkən onun çürük olub-olmadığını müəyyən etmək üçün bir neçə sadə üsul var. meqale.com hmin 4 üsulu təqdim edir:
Xarici görünüşünə baxın - Parlaq və canlı rəngli narlar adətən təzə olur. Solğun, ləkəli və ya çatlaq narlar çürümüş ola bilər.
Ağırlığını yoxlayın - Narı əlinizə alın. Boyuna görə ağır olanlar sulu və təzə, yüngül olanlar isə qurumuş və ya çürümüş ola bilər.
Qabığını yüngülcə sıxın - Təzə nar basanda bir az əyilir, amma dərhal deformasiyaya uğramır. Çox yumşaq və basanda çökmə verirsə, içi çürüyüb deməkdir.
İyləyin - Təzə nar yüngül, şirin və təravətli qoxuya malikdir. Turş və ya kif qoxusu çürümənin göstəricisidir.