Narinə mahnı həsr etdi, tənqid olundu - VİDEO

Türkiyəli tanınmış müğənni Hadise Yeni illə bağlı iştirak etdiyi tədbirdə mahnılarından birini ötən il Diyarbəkirdə qətlə yetirilən 8 yaşlı Narin Gürana ithaf edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni azyaşlının qətlinə diqqət çəkmək üçün "Sıfır Tolerans" adlı mahnısını səsləndirib.

Lakin Hadisenin bu addımı sosial mediada narazılığa və müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri müğənninin azyaşlının qətli ilə bağlı sevgiyə aid mahnı seçməsini uyğunsuz hesab ediblər və onu tənqid atəşinə tutublar.

Hadise isə öz növbəsində tənqidlərə münasibət bildirərək hər hansı səhv addım atmadığını qeyd edib: "Çox məyus olduğumu bildirmək istəyirəm. Uzun müddətdir, konsertlərimdə Narin kimi qızlarımızı unutmamaq üçün çıxışlar edirəm. Mən nəyi, harada, necə demək lazım olduğunu çox yaxşı bilən qadınam. Buna görə də səhv addım atdığımı düşünmürəm".

Xatırladaq ki, ötən il avqustun 21-də Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itkin düşən Narin Güranın cansız cəsədi sentyabrın 8-də Əgərtutmaz çayında tapılıb.