Narkotik aludəçisi özünə xəsarət yetirərək ölüb

Sumqayıt şəhərində narkotik aludəçisi özünə xəsarət yetirib.

Narkotik aludəçisi özünə xəsarət yetirərək ölüb
Sumqayıt şəhərində narkotik aludəçisi özünə xəsarət yetirib.

meqale.com APA-ya istinadən bildirir ki, dekabrın 19-da saat 15 radələrində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 28 yaşlı Kənan Ağamir oğlu İbrahimov şəhər ərazisində özünə bıçaqla xəsarət yetirib.

O, polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, saat 20 radələrində xəstəxanada ölüb.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqləyiblər.