Natali Portman boşandıqdan sonra məşhur aktyorla görüntüləndi - FOTO

Aktyorlar Natali Portman və Pol Meskal birlikdə görüntüləniblər.

Natali Portman boşandıqdan sonra məşhur aktyorla görüntüləndi - FOTO
Aktyorlar Natali Portman və Pol Meskal birlikdə görüntüləniblər.

meqale.com oxuya istinadən bildirir ki, 42 yaşlı Natali Portman Londonda 28 yaşlı Pol Meskalla görüntülənib. Məşhurlar "Bar 69"un yanında dayanarkən paparatsiyalara tuş gəliblər. Aktyorlar gülərək siqaret çəkiblər.

Xatırladaq ki, 2009-cu ildə Natali Portman "Qara qu quşu" filminin çəkilişləri zamanı fransız xoreoqraf Benjamen Milpye ilə tanış olub. 2011-ci ildə sevgililərin Alef Milpye-Portman adlı oğlu dünyaya gəlib. 2012-ci ilin yayında Natali və Benjamen evləniblər. 2017-ci ildə aktrisa və rəqqasənin Amalya Milpye-Portman adlı bir qızı da doğulub.

Bu il martın 8-də isə Natali Portmanın xoreoqraf Benjamen Milpye ilə boşanma prosesini başa çatdırdığı barədə məlumatlar yayılıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun