Natəvanın heykəlinə qarşı olan münasibət Fransanın öz şairlərinə, yazıçılarına qarşı münasibətdir - Nəsiman Yaqublu
Fransada Azərbaycanın böyük şairəsi Natəvana qarşı olan bu münasibət təkcə xalqımıza qarşı deyil həm də öz dəyərlərinə qarşı münasibətdir.
meqale.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib.
"Biz Fransa deyəndə dünyaya böyük dəyərlər vermiş bir dövlət nəzərdə tuturuq. 1920-ci ildə Fransada Versal Sülh Konfransı keçirilib və dünya dövlətlərinin tanınması prosesi olub. Orada Azərbaycan müstəqil dövlət kimi tanınıb.
Ölkəmizi tanıyan dövlətlərdən biri də Fransa olub. 1926-cı ildə Fransada beynəlxalq Promotey təşkilatı yaradılıb. Bu təşkilat əzilən xalqların hüquqları üzərində mübarizə aparıb. İndi Fransa bütün bu dəyərlərin üstündən xətt çəkir, sanki tarixdə bunlar baş verməyib.