Naxçıvanda avtobus dərəyə aşdı - 15-dən çox yaralı var - YENİLƏNİB - FOTO
20:01 Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.
meqale.com xəbər verir ki, bunu Xəstəxananın həkimi Fuad Rzayev qeyd edib
O, bildirib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul edilib.
"Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
Xəsarətlər əsasən bud-çanaq sınıqları (neyrocərrahi problemlər) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir"- deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-dan artıq xəsarət alan var.
--------- 18:04 Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.
meqale.com xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.
Naxçıvan MR Səhiyyə Nazirliyindən bildirilib ki, Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə 16 nəfər xəstə yerləşdirilib.
"Onların vəziyyətinin ağırlıq dərəcəsi hazırda müəyyənləşdirilir"- əlavə edilib.