Naxçıvanda bir ailənin 5 üzvü qazdan zəhərləndi

Naxçıvan şəhərində qaz sızması nəticəsində 5 nəfər zəhərlənib.

Naxçıvanda bir ailənin 5 üzvü qazdan zəhərləndi
Naxçıvan şəhərində qaz sızması nəticəsində 5 nəfər zəhərlənib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə şəhərin Atabəylər məhəlləsində qeydə alınıb.

Bir ailənin 5 üzvünün dəm qazından zəhərləndiyi barədə 103 xidmətinə məlumat daxil olub.

Naxçıvan şəhər sakinləri 1978-ci il təvəllüdlü Talıbov Əhməd Nadir oğlu, 1993-cü il təvəllüdlü Talıbova Qumral Ülfət qızı, 2012-ci il təvəllüdlü Talıbova Aysu Əhməd qızı, 2013-cü il təvəllüdlü Talıbova Zərifə Əhməd qızı və 2017-ci il təvəllüdlü Talıbov Turan Əhməd oğlu təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onlarin vəziyyətinin normal olduğu bildirilir.