Naxçıvanda kişi özünü güllələdi

Naxçıvanda silahlı insident qeydə alınıb.

Naxçıvanda kişi özünü güllələdi
Naxçıvanda silahlı insident qeydə alınıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Şahbuz rayonun Badamlı kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Afət Babakişi oğlu Məmmədov özünü güllələyib.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.