Naxçıvanda yuxulu sürücü TIRI aşırdı - FOTO

Naxçıvan şəhərində Türkiyə vətəndaşının idarə etdiyi TIR aşıb.

Naxçıvanda yuxulu sürücü TIRI aşırdı - FOTO
Naxçıvan şəhərində Türkiyə vətəndaşının idarə etdiyi TIR aşıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Naxçıvan şəhəri, Şəhriyar küçəsində (Əliabad yolu) qeydə alınıb.

Türkiyə vətəndaşı, İğdır şəhər sakini Taşkın Lütenin idarə etdiyi 76 DK 945 nömrə nişanlı ağır yüklü TIR yoldan çıxaraq aşıb.

İlkin araşdırmaya görə, sürücü yuxulu vəziyyətdə olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.