Nazim Bəydəmirlinin həbs müddəti ilə bağlı qərar verildi
Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
meqale.com APA-ya istinadən bildirir ki, Nərimanov rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Nazim Bəydəmirli barəsində qətimkan tədbiri 3 ay uzadılıb.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində hədə-qorxu təkrarən tələb etmə (182.2.2-ci) maddəsi ilə yenidən ittiham irəli sürülüb.