Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən danışdı
Sertifikasiya nəticəsinə əsasən bildik ki, ibtidai sinif müəllimlərimizin orta məktəb proqramını kafi dərəcədə bilir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, onların bir hissəsinin nəticəsi yaxşıdır.
"Hər birimiz müəllimin fəaliyyətindən aslıyıq. Müəllimlərimizin əsaslı şəkildə dəstəyə ehtiyacı var", - deyə nazir əlavə edib.