Nazir müavini qəzaya düşən təyyarənin qara qutusundan DANIŞDI

AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.

Nazir müavini qəzaya düşən təyyarənin qara qutusundan DANIŞDI
AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.

meqale.com xəbər verir ki, bu barədə "Kazinform"a Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

O qeyd edib ki, adətən təyyarənin quyruq hissəsində iki qara qutu quraşdırılır və hər ikisi tapılıb:

"Hazırda onlar şifrələrin açılması üçün daşınır. Bu təyyarədə ekipajın işini və təyyarənin texniki parametrlərini iki saat ərzində qeydə alan qara qutular quraşdırılmışdı", - deyən nazir müavini hadisənin tam mənzərəsinin araşdırma zamanı aydın olacağını qeyd edib.