Nazirin həyat yoldaşı barədə zarafatı ŞOK EFFEKTİ yaratdı: "Hər gecə..."

İngiltərənin daxili işlər naziri Ceyms Kleverli Baş nazirin Downing Streetdəki iqamətgahında təşkil edilən ziyafətdə hər gecə həyat yoldaşının içkisinə "Rohypnol" dərmanı qatdığını söyləyib.

Nazirin həyat yoldaşı barədə zarafatı ŞOK EFFEKTİ yaratdı:
İngiltərənin daxili işlər naziri Ceyms Kleverli Baş nazirin Downing Streetdəki iqamətgahında təşkil edilən ziyafətdə hər gecə həyat yoldaşının içkisinə "Rohypnol" dərmanı qatdığını söyləyib.

meqale.com musavat.com-a istinadən bildirir ki, təcavüzkarların qadınların huşunu itirməsi üçün istifadə etdiyi dərman olan "Rohypnol"u nazirin zarafat mövzusuna çevirməsi ölkədə şok effekti yaradıb.

Nəşrin xəbərinə görə, hadisə dekabrın 18-də baş nazir Rişi Sunak və digər nazirlərin qatıldığı ziyafətdə baş verib.

"Uzun nikahın sirri azca narkotik qəbul etmiş biri ilə olmaqdır. Beləliklə, o heç vaxt başa düşməyəcək ki, səndən daha yaxşısı var" - Kleverli deyib.

Leyboristlər Partiyasının yüksək vəzifəli şəxsləri nazirin sözlərini "dəhşətli" adlandırıb, qadın hüquqları müdafiəçiləri isə Kleverlini istefaya səsləyiblər. Fawcett Cəmiyyətinin bəyanatında deyilir ki, qadınların təhlükəsizliyinə cavabdeh olan bir nazirin qadınlara narkotik qəbul etdirmək kimi dəhşətli zarafatı ürəkbulandırandır və o, dərhal istefaya getməlidir.