Nazirlik bağçalarda boş yerlərin sayını açıqladı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda bir neçə yaş qrupu üçün 230 boş yer mövcuddur. 

meqale.com xəbər verir ki, valideynlər 3-4 yaş qrupu üzrə, Naxçıvan şəhər 2, 4, 5, 6, 10, 12, 15 nömrəli, 4-5 yaş qrupu üzrə isə Naxçıvan şəhər 1, 2, 3, 4, 5,  6, 7, 8, 10, 11, 12 və 15 nömrəli uşaq bağçalarını seçməklə həmin yaş qrupları üzrə uşaqlarını bağçalara yerləşdirə bilərlər. 

Həmçinin rayon Təhsil şöbələrinin tabeliyində faəliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də boş yerlər mövcuddur.

Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi il ərzində davam etdirilir.