Neçati Şaşmazın fabriki yandı
Türkiyənin məşhur aktyoru Neçati Şaşmaza məxsus "Novavud" adlı taxta fabrikində yanğın baş verib.
meqale.com Kult.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, fabrikin kənarında yerləşdirilmiş yonqarlar yanmağa başlayıb.
Yanğın qısa müddət ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.