Neft bahalaşır: maaş artımı olacaq? - Millət vəkili
Neftin dünya bazarındakı qiyməti dəyişkəndir. Belə ki, 2022-ci ildə neftin qiyməti 100 dollardan artıq, ötən il isə orta hesabla 82,5 dollar olub. Yəni ötən il orta qiymətdə azalmalar müşahidə edilib. Hazırkı qiymət büdcədə göstərilən həddən yüksək olsa da, hələlik kəskin artımlar yoxdur.
meqale.com xəbər verir ki, bu sözləri Axar.az-a neftin bahalaşmasının büdcədə maaş, təqaüd və müavinətlər üçün nəzərdə tutulan vəsaitlərin artırılmasına təsiri haqda danışan iqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Millət vəkili qeyd edib ki, bütövlükdə büdcəyə dəyişikliyin olub-olmaması birbaşa fiskal gəlirlərimizdən, neftin qiymətindən və hökumətin qiymətləndirmələrindən asılı olacaq: