Neftçalada ağır qəza - Yaralılar var
Neftçala rayonunda yol-nəqliyyat hadisəsi olub.
meqale.com-ın məlumatına görə, hadisə rayonun Mayak kəndində qeydə alınıb.
Belə ki, qoşqulu motosiklet "Jiquli" markalı avtomobillə toqquşub.
Qəza zamanı kənd sakinləri - 1961-ci il təvəllüdlü H. Əhmədov və 1992-ci il təvəllüdlü E. Hüseynov müxtəlif dərəcəli xəsarətləri alıblar.