"Neftçi" Almaniya klubu ilə oynayacaq
Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin 2-ci yoxlama matçındakı rəqibi müəyyənləşib.
Bu barədə İdman.bizə klubun mətbuat xidməti məlumat verib.
"Ağ-qaralar"ın rəqibi Almaniya 3-cü liqa təmsilçisi "Sportverein Valdhof" klubu olacaq.
Matç yanvarın 13-də, saat 15:00-da "Gloria Sports Arena"da keçiriləcək.