“Neftçi” azarkeşləri Medinaya nalayiq sözlər dedi” - Qurban Qurbanov
"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Azlıqda qaldıqdan sonra futbolçuların xarakteri üzə çıxır. Uduzmaq istəmirdilər. Meydandakı mübarizədən görünürdü. Sonda qalibiyyət oldu. Yaxşı, baxımlı oyun getdi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol ab-havası var idi. "Neftçi"yə uğurlar arzu edirəm".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Kevin Medina barədə xüsusi ölçü götürəcəksiz? Həmin epizodda özünüz də ona sərt rekasiya verdiniz...